Modern.az

Neft Emalı Zavodu müvəqqəti bağlanır - SOCAR

Neft Emalı Zavodu müvəqqəti bağlanır - SOCAR

7 Aprel 2022, 12:16

Aprelin 4-dən SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlayıb.

 

Bu barədə Modern.az-a SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov bildirib.

 

İ.Əhmədov bildirib ki, bazar ertəsi zavodda planlaşdırılmış profilaktik işlərinin aparılması üçün qurğuların bir hissəsinin işinin müvəqqəti dayandırılmasına başlanılıb:

 

 

"Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilməsi layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasını planlaşdırır.

NEZ-in fəaliyyəti dayandırıldığından aprelin 5-dən etibarən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi də profilaktik işlərin aparılması üçün öz fəaliyyətini dayandırıb.Bildiyiniz kimi NEZ “Azərikimya”nın əsas xammal mənbəyidir".

 

Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidən qurma və modernizasiya işləri aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var