Hazırda xəstəxanalarda müalicə alan koronavirus xəstələrinin sayı azalıb.
Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
O bildirib ki, aktiv koronavirus xəstələrindən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam etdirilir: "Onların vəziyyəti stabilləşməyə doğru gedir və yaxın müddətdə evə buraxılacaqlar".