Modern.az

Jirinovskinin dəfn vaxtı və yeri məlum oldu

Jirinovskinin dəfn vaxtı və yeri məlum oldu

7 Aprel 2022, 13:03

Rusiya Liberal Demokrat Partiyasının mərhum sədri Vladimir Jirinovskinin dəfn olunacağı yer və tarix açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Jirinovski aprelin 8-də Novodeviçye qəbiristanlığında dəfn olunacaq. Mərasimin Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Qeyd edək ki, 75 yaşlı Vladimir Jirinovski ötən gün koronavirusdan dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal