Modern.az

DİM-dən etirazçı abituriyentlərə CAVAB: Sabah canlı yayım olacaq

DİM-dən etirazçı abituriyentlərə CAVAB: Sabah canlı yayım olacaq

7 Aprel 2022, 13:48

Aprelin 1-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunan 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələri narazılıq doğurub. Belə ki, imtahan nəticələri ilə bağlı yaradılmış Apellyasiya komissiyasına 5906 abituriyent ərizə yazıb. Orta məktəbin 11-ci sinfini bu il bitirən həmin şagirdlər imtahan cavablarının düzgün yoxlanılmadığını iddia ediblər.


Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında bildirib ki, yoxlama prosesi ilə bağlı sabah DİM-in "Facebook" səhifəsində canlı yayım olacaq və orada bu məsələyə də toxunulacaq.


“Apellyasiya komissiyası məhz iddiaların araşdırılması üçün yaradılıb. Ayın 11-dən fəaliyyətə başlayacaq və işini tam yekunlaşdırdıqdan sonra həmişəki kimi nəticələr barədə məlumat veriləcək”, - deyə DİM rəsmisi vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi