Modern.az

Solovyovun bahalı villasını qana boyadılar - FOTOLAR

Solovyovun bahalı villasını qana boyadılar - FOTOLAR

Dünya

7 Aprel 2022, 17:16

Rusiyalı telejurnalist və aparıcı Vladimir Solovyovun İtaliyada Komo gölü bölgəsindəki dəyəri bir neçə milyon avro olan ikinci dəbdəbəli villasına da əl qoyulub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər Solovyovun villasının divarlarını qana bənzər qırmızı maye ilə batırıblar. Binanı qırmızıya bələyən şəxslər daha sonra həyətdəki hovuzun da suyunu “qana" boyayıblar, darvazaya isə elə həmin rənglə “Solovyov qatildir” yazıblar.


Xatırladaq ki, bundan əvvəl Solovyovun Komodakı digər villasını yandırmağa cəhd etmişdilər. Onun bu şəhərdə ümumi dəyəri 8 milyon avro dəyərində 3 əmlaka sahib olduğu bildirilir.

Sözügedən villaların üzərinə Solovyova tətbiq edilən sanksiya səbəbindən həbs qoyulub.

Ukraynadakı işğalçı müharibəni dəstəkləyən Vladimir Solovyov ermənipərəst mövqedən çıxış etmiş və Azərbaycan haqqında əsassız iddialar səsləndirməklə gündəmə gəlmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var