Modern.az

İlqar Məmmədov və Tofiq Yaqublunun adı siyasi məhbus siyahısına salındı

İlqar Məmmədov və Tofiq Yaqublunun adı siyasi məhbus siyahısına salındı

5 Fevral 2013, 13:40

“İlqar Məmmədov və Tofiq Yaqublu həmən həbsdən azad edilməsi üçün çalışacağıq ki, onlar dərhal azad edilsinlər”. Bu sözləri Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O, qeyd edib ki, bu gün hüquq müdafiəçiləri RATİ-də toplanacaq və bu məsələ müzakirə ediləcək. “Həm də baxacağıq ki, bunların tutulma səbəbləri nədir. Onların siyasi məhbus siyahısına salınması hələ tezdir”.

Digər hüquq müdafiəçisi Leyla Yunus bildirib ki, artıq bu gündən Tofiq Yaqublu ilə İlqar Məmmədov siyasi məhbus siyahısına salınıb. “Onlar və digər siyasi məhbuslarla bağlı mətn hazırlanıb və bu mətn beynəlxalq qurumlara, o cümlədən Avropa Şurasının üzvlərinə göndəriləcək. Bu mətndə bütün məsələlər əks olunub. 30 nəfərdən çox adam bu mətnə qol çəkib və bu axşam ola bilsin ki, göndərildi”.

Qeyd edək ki, REAL (Respublikaçı Alternativ Hərəkatı) Hərəkatı İlqar Məmmədov və Tofiq Yaqublu barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir