Sumqayıtda fəaliyyət göstərən qanunsuz qumarxana aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisindəki "Klub-555"-də, oranın icarədarı şəhər sakini Rövşən Beybudovun kazino-qumarxana təşkil etməsi müəyyən edilib.
Klubdan 13 ədəd kompyuter dəsti, uduşa qoyulmuş pul və digər əşyalar götürülüb.
Modern.az