Modern.az

Britaniya yeni nüvə reaktorları tikməyi planlaşdırır

Britaniya yeni nüvə reaktorları tikməyi planlaşdırır

Dünya

7 Aprel 2022, 23:53

Böyük Britaniya hökuməti növbəti səkkiz il ərzində səkkiz yeni nüvə reaktoru tikməyi planlaşdırır.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

 

Onun sözlərinə görə, bu, Britaniyaya Rusiya enerji daşıyıcılarından asılılıqdan qurtulmağa kömək edəcək.

 

“Keçmişin bəzi səhvlərini düzəldirik. Biz artıq ölkəmizin Rusiya neft və qazından asılı olmasına icazə verə bilmərik", - deyə Conson qeyd edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu