”Mən kosmosa uçan ilk iranlı olmağa hazıram”. İran prezidenti Mahmud Əhmədinejad İran alimlərinin kosmosa göndərəcəyi ilk iranlı olmağa hazırlığını bildirərkən belə deyib.
Modern.az saytı İRNA-ya istinadən xəbər verir ki, prezident Əhmədinejad kosmosa uçuş barədə danışarkən “mən ölkəmizin elmi üçün özünü qurban verən ilk iranlı olmağa hazıram” deyib.
Qeyd edək ki, kosmosa ilk iranlı olaraq turist kimi 40 yaşlı Anuşe Ənsari uçub. O Soyuz TMA-9 kapsulunda Qazaxıstandan 2006-ci ildə kosmosa uçub və bu səyahət üçün 20 milyon dollar ödəyib.
İran 2020-ci ilə qədər fəzaya insan göndərməyi planlaşdırır.
Peykər İbrahimova