Modern.az

Ərəstun Oruclu deputatı hədəfə götürdü: “Onun fikirləri absurddur”

Ərəstun Oruclu deputatı hədəfə götürdü: “Onun fikirləri absurddur”

5 Fevral 2013, 15:14

“Son zamanlar Azərbaycanda baş verən proseslərdə Rusiya “izi” nin axtarılmasının əleyhinəyəm”. Modern.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu bu gün Müsavat Partiyasının qərargahında İsmayıllı hadisələrində təqsirləndirilən və həbs edilən Tofiq Yaqublu və İlqar Məmmədovla bağlı təşkil olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ bilərəkdən gündəmi dəyişmək üçün ortaya atılır.

“Millət vəkili Zahid Orucun bəzi qüvvələrin guya müəyyən dairələri silahlandırmaq haqqında fikirləri tamamilə absurd və qəbuledilməzdir. Gündəmi dəyişmək üçün müxtəlif variantlardan istifadə edirlər. Nəzərinizə çatdırım ki, Rusiyanın Azərbaycandakı ən böyük nümayəndəsi elə Azərbaycan hakimiyyətinin özüdür. Rusiya faktoru ilə əlaqədar deyilənlər təbii axarı dəyişməyəcək. Xalqın qarşısına heç bir güc çıxa bilməz”, – deyə Ə. Oruclu vurğulayıb.

Aqşin Kərimov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir