Azərbaycanın Xalq yazıçısı Əkrəm Əylisli oğlunun işdən çıxarılmasını təsdiqləyib.Modern.az-ın məlumatına görə, bu barədə yazıçı SalamNews-a bildirib ki, bu məsələ ilə bağlı bir az əvvəl oğlum mənə məlumat verdi.
Ə.Əylisli deyib: “Oğluma Dövlət Gömrük Komitəsindən işdən çıxması üçün ərizə yazmasın bildiriblər. Oğlum da ərizəni dərhal yazaraq işdən gedib. Oğlum Nəcəf Əylislinin Dövlət Gömrük Komitəsinin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş İdarəsi, Aksiz şöbəsinin rəisi vəzifəsində çalışırdı. Onun bu vəzifədə işləməsində mənim heç bir rolum olmayıb. Onun çalışmasına səbəb iki ali təhsili olmasıdır. Oğlum əvvəlcə iqtisadiyyat sahəsi üzrə təhsil alaraq İqtisadi İnkişaf Nazirliyində çalışıb. Sonra Moskvada Gömrük Akademiyasını bitirib. Oğlum bu sahə üzrə çox yaxşı mütəxxəsisdir. O, ölkəmiz üçün yaxşı kadr idi. Hər halda bu cür hallar mənim üçün “sevindiricidir.”
Modern.az