Modern.az

Ter-Petrosyanın eks-müşaviri Paşinyana Türkiyə ilə bağlı təlimat verir

Ter-Petrosyanın eks-müşaviri Paşinyana Türkiyə ilə bağlı təlimat verir

8 Aprel 2022, 13:01

Ermənistanın eks-milli təhlükəsizlik müşaviri Jirayr Liparityan İrəvanla Ankara arasında danışıqlar prosesində fəal iştirak edir, hakimiyyət orqanlarına və Ermənistan Respublikasının baş nazirinə müxtəlif məsləhətlər verir.

Modern.az xəbər verir ki, bu barədə cümə günü "Hraparak" qəzeti yazıb.

Qeyd olunur ki, Liparityan Ermənistan-Türkiyə prosesinin ardıcıl tərəfdarıdır və baş nazir Nikol Paşinyana birbaşa “çıxışı” var. Danışıqlarda ölkə rəhbərliyinə təlimat verir.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Liparityan İrəvanla  Ankara arasında barışıq tərəfdarıdır.


Danışıqların digər dolayı iştirakçısı isə Ermənistanın İrandakı səfiri, ixtisasca türkoloq Arsen Avaqyandır. O, ötən ilin oktyabrında səfir təyin edilib, bundan əvvəl Xarici İşlər Nazirliyinin qonşu dövlətlərlə əlaqələr şöbəsinə rəhbərlik edib. Avaqyan Ermənistanın danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyanın əsas məsləhətçilərindən biridir.


Xatırladaq ki, ötən ilin dekabrında Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin etmişdilər. O vaxtdan bəri diplomatlar Moskva və Vyanada iki raund danışıqlar aparıblar.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və qondarma “erməni soyqırımı” ilə bağlı iddialar səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI