Modern.az

Salyanda dəhşətli qəza: 5 nəfər öldü

Salyanda dəhşətli qəza: 5 nəfər öldü

5 Fevral 2013, 18:02

Bakı-Astara yolunun 56-cı kilometrliyində, Salyan rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 16.00 radələrində qeydə alınıb. “Mercedes” və “Fiat” markalı avtomobillərin toqquşması nəticəsində, 5 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir