Modern.az

Moldovada “Georgi lenti” qadağan olundu

Moldovada “Georgi lenti” qadağan olundu

8 Aprel 2022, 23:55

Moldova parlamenti Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq ölkədə Rusiya imperiyasının simvolu olan "Georgi lenti"nin qadağan edilməsinə səs verib.

Modern.az xəbər verir ki, qanun Moldova prezidenti Maya Sandunun PAS partiyasından olan millət vəkilləri tərəfindən dəstəklənib.

Yeni qanuna əsasən, bu lenti hazırlayan, taxan və ya nümayiş etdirən hər kəs ən azı 900 ley (49 dollar) cərimə olunacaq və ya 69 saat ictimai işlərə cəlb olunacaq.

Lent 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün savaşan rus əsgərlərinə verilirdi. 3 qara, 2 narıncı xətdən ibarət olan lent hazırda  Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur.

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək