Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskiyə sui-qəsd olunub. Modern.az bildirir ki, bu barədə Rusiyanın “Praym-Kraym” agentliyi xəbər yayıb. Məlumata görə, Türkiyədə olan “qanuni oğrular” R.Lənkəranski və Əhməd Yevloyev silahlı hucuma məruz qalıb.
Hələlik sui-qəsdin detalları bəlli deyil və Rövşən Lənkəranskinin vəziyyəti barədə məlumat yoxdur. R.Lənkəranskinin yaxın adamlarından olan “oğru” Camal Mikeladze (Cemo) də polis tərəfindən saxlanılıb.
Modern.az