Modern.az

ABŞ Rusiya və Belarusla ticarət əlaqələrini DAYANDIRDI

ABŞ Rusiya və Belarusla ticarət əlaqələrini DAYANDIRDI

9 Aprel 2022, 09:00

ABŞ prezidenti Co Bayden Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırmaq, eləcə də Rusiyadan enerji daşıyıcılarının idxalını qadağan edən qanun layihələrini imzalayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

 

Açıqlamada qeyd olunub ki, Bayden hər iki sənədi imzalayıb.

 

Bayden artıq mart ayında Rusiyadan enerji daşıyıcıların idxalını qadağan edən fərman imzalamışdı. Konqres tərəfindən qəbul edilən qanun layihəsi əslində bu tədbiri kodlaşdırır.

 

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatası bu təşəbbüsləri dəstəkləmək üçün səs verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək