Azərbaycan Sənaye Bankının bir müddət əvvəl yoxa çıxmış işçisi Seymur Səmədovun meyiti tapılıb. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xəzər dənizində tapılan kişi meyitinin şəxsiyyəti müəyyənləşib. həmin şəxs Bakı şəhər sakini, 2012-ci ilin dekabrın 18-də itkin düşən 1980-ci il təvəllüdlü Seymur Səmədovdur.
Qeyd edək ki, S. Səmədov itkin düşənədək Azərbaycan Sənaye Bankının ”Mətbuat" filialında çalışıb.
Modern.az