Fevralın 7-də Moskvada Azərbaycan səfirliyinin qarşısında mitinq keçiriləcək. Modern.az-ın əldə etdiyi məlumata görə, etiraz mitinqi İsmayıllı rayonunda və Binə Ticarət Mərkəzində baş verən narazılıqlarla bağlı olacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Elşad Miraləm bildirib ki, Moskvada Azərbaycan səfirliyinin qarşısında planlaşdırılan mitinqlə bağlı heç bir məlumatım yoxdur: “Hələ ki, başımız qarşıqdır. Bundan vacib işlərlə məşğuluq. Xocalı ilə bağlı tədbirlərə məşğuluq. Ona görə də bu barədə hələ heç bir məlumatım yoxdur”.