Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar nəticəsində fevralın 24-dən bu günədək 176 uşaq öldürülüb, 324 uşaq isə yaralanıb. Ən çox itki Kiyevdə qeydə alınıb.