Rusiya Ukraynanın müharibədəki itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb.
Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov şənbə günü keçirdiyi brifinqdə ötən gün Ukraynaya məxsus 85 hərbi obyektin vurulduğunu bildirib.
Onun sözlərinə görə, ötən gün iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi, dörd özüyeriyən artilleriya qurğusu, döyüş sursatı olan 2 anbar, iki logistika anbarı, həmçinin dörd istehkam və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər vurulub.
“Ümumilikdə isə xüsusi hərbi əməliyyat başlayandan indiyədək 127 təyyarə, 98 helikopter, 425 pilotsuz uçuş aparatı, 2031 tank və digər zirehli döyüş maşını, 228 reaktiv yaylım atəşi sistemi, 880 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1932 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib, - deyə Konaşenkov bugünkü brifinqdə qeyd edib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar 45 gündür davam edir.