Modern.az

İki həftə şiddətli döyüşlər olacaq - Prezident Ofisi

İki həftə şiddətli döyüşlər olacaq - Prezident Ofisi

9 Aprel 2022, 15:46

Növbəti iki həftə ərzində Donbassda müharibənin taleyini həll edəcək şiddətli döyüşlər olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

 

Onun sözlərinə görə, Rusiya ordusu Zaporojye və Xerson istiqamətində səylərini gücləndirib.

 

"6 istiqamətdə uduzduqlarına görə, indi əsas istiqamət Donbassdır. Rusiya qoşunlarının hücuma keçmək üçün gücü yoxdur. İtkiləri kompensasiya etmək üçün gizli səfərbərlik cəhdləri uğursuzluğa düçar oldu. Onlarda hələ də texnika və şəxsi heyət çatışmazlığı var”, - Aleksey Arestoviç deyib.

 

Ukrayna rəsmisi Rusiya ordusunun döyüşlərdə ciddi itkilər verdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək