Modern.az

Fransada prezident seçkiləri başladı

Fransada prezident seçkiləri başladı

Aktual

9 Aprel 2022, 16:36

Fransanın bəzi ərazilərində prezident seçkilərində səsvermə başlayıb.

 

Modern.az-ın məlumatına görə, seçki məntəqələri Sen-Pyer və Mikelonda açılıb. Yaxın saatlarda Qvadelupa, Martinika, Fransa Qvianası və Fransa Polineziyasında səsvermə prosesi başlayacaq.

 

Qeyd edək ki, Fransanın həmin ərazilərində təxminən 2 milyon seçici yaşayır. Bu, seçici elektorarının 4 faizinə yaxındır. Fransanın özündə isə bu gün sükut günü başlayıb.

 

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçiriləcək. Seçkilərdə hazırkı prezident Emmanuel Makron, Marin le Pen və Jan-Lük Melanşon daxil olmaqla 12 namizəd iştirak edir.

 

Birinci turda ən çox səs toplamış iki namizəd aprelin 24-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi