Modern.az

Türkiyədə hərbçilər qəzaya düşdü - Ölənlər var

Türkiyədə hərbçilər qəzaya düşdü - Ölənlər var

9 Aprel 2022, 19:28

Türkiyənin Adana-Kozan magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Daxili qoşunlara məxsus maşın əks tərəfdən gələn digər avtomobil tərəfindən vurulub. Nəticədə hərbi maşın aşıb və təxminən yüz metrə yaxın sürüşüb.

 

Qəza zamanı iki hərbçi həlak olub, biri ağır olmaqla üç hərbi qulluqçu isə yaralanıb. Hadisə yerinə xilasedicilər cəlb olunub, yaralılara ilkin tibbi yardım göstərilib. 

 

Qəzanın səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək