Modern.az

Çin nüvə silahının hazırlanmasını sürətləndirdi

Çin nüvə silahının hazırlanmasını sürətləndirdi

9 Aprel 2022, 20:22

Çin nüvə silahının hazırlanması tempini sürətləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri mənbələrə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, Pekin ABŞ-ın yaratdığı təhlükəni yenidən qiymətləndirib. Bəzi mənbələr bildiriblər ki, Pekin ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinə görə nüvə fəaliyyətinə daha çox önəm vermək qərarına gələ bilər.

 

"Çin liderləri daha güclü nüvə arsenalını ABŞ-ın Tayvanla bağlı potensial münaqişəyə birbaşa qarışmamasının yolu kimi görür", - deyə qəzet bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək