Modern.az

Zelenskidən Consonla bağlı paylaşım: Xoş gəldin, dostum

Zelenskidən Consonla bağlı paylaşım: “Xoş gəldin, dostum”

Dünya

9 Aprel 2022, 20:30

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Boris Consonun Kiyevə gözlənilməz səfəri ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, o, sosial media hesabında Consonla şəkillərini paylaşaraq yazıb:

 

“Birləşmiş Krallığın Baş naziri Boris Conson Rusiya işğalının qarşısında duran ən prinsipial şəxslərdən biri, Rusiyaya sanksiya ilə təzyiq və Ukraynaya müdafiə dəstəyində liderdir. Kiyevə xoş gəldin, dostum!”.

 

Qeyd edək ki, bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə gözlənilməz səfər edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər