Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus “Orion” pilotsuz uçuş aparatını (PUA) vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bu, Ukraynada vurulan ilk "Orion" PUA-sıdır.
Qeyd edək ki, Rusiya "Orion" PUA-larını bu yaxınlarda silahlanmaya qəbul edib. Rusiya Müdafiə Nazirliyi döyüşlər zamanı PUA-larla zərbələr endirilməsinin videolarını yayıb.
Akif İsmayılov