Ukraynanın Xarkov şəhəri yaxınlığında Rusiya ordusunun hərbi qulluqçularına məxsus kütləvi məzarlıq aşkar edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, məzarlıq Olxovka kəndi yaxınlığında müəyyən olunub. Hərbçi cəsədlərinin Rusiya ordusunun 92-ci briqadasına aid olduğu deyilir.
Akif İsmayılov