Modern.az

Nüvə danışıqlarında bir addım da geri çəkilməyəcəyikRƏİSİ

“Nüvə danışıqlarında bir addım da geri çəkilməyəcəyik” - RƏİSİ

9 Aprel 2022, 21:45

İran prezidenti İbrahim Rəisi bir ilə yaxındır Vyanada davam edən və martın 11-də dayandırılan nüvə müzakirələrindən bir addım belə geri çəkilməyəcəklərini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

 

Milli Nüvə Texnologiyası Günü münasibətilə paytaxt Tehranda keçirilən tədbirdə çıxış edən Rəisi ölkəsinin nüvə texnologiyası sahəsində mühüm irəliləyiş əldə etdiyini deyib.

 

"İrana qarşı bir çox sanksiya, təhdid və təzyiqlər bizi dayandıra bilmədi və bilməyəcək. Nüvə sahəsində alimlərin sui-qəsdləri və nüvə obyektlərimizə qarşı təxribat İranın qarşısını ala bilmədi", - deyə prezident qeyd edib.

 

Xatırladaq ki, Avstriyanın paytaxtı Vyanada Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə nüvə sazişinin tam icrasının təmin edilməsi və ABŞ-ın bu razılaşmaya qayıtması ilə bağlı nüvə danışıqları keçirilir. ABŞ keçmiş prezident Donald Trampın dövründə bu sazişdən çıxıb.

Danışıqlar martın 11-də dayandırılıb. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell martın 11-də İranın nüvə danışıqlarının “xarici amillər” səbəbindən dayandırıldığını açıqlayıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək