Avropa İttifaqının (Aİ) Ukraynadakı səfirliyinin fəaliyyəti bərpa edilib.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın Kiyevdəki səfiri “Twitter“ səhifəsində məlumat yayıb.
Qeyd edək ki, ötən gün Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyevə səfər edib. Onlar Prezident Volodimir Zelenski ilə görüş keçiriblər.