İsrailin Rahat şəhərində naməlum şəxs kafeyə daxil olaraq, oradakı insanlara atəş açıb.
Modern.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Polis insidentlə əlaqədar dörd nəfəri saxlayıb.
Faktla bağlı araşdırma aparılır.