Suriyanın mərkəzi bölgəsində yerləşən obyektlərə havadan zərbələr endirilib.
Modern.az xəbər verir ki, bu barədə "Sana" dövlət informasiya agentliyi məlumat yayıb.
Hücum Livanın şimalından həyata keçirilib. Agentlik Suriyanın hava hücumundan müdafiə sistemlərinin bir neçə raketi vurduğunu bildirib.
Suriya hücuma görə İsrailin məsuliyyət daşıdığını bəyan edib. İsrail tərəfi isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Akif İsmayılov