Tunis sahillərində miqrantları daşıyan qayıq batıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" yerli mənbələrə istinadən məlumat yayıb.
Hadisə nəticəsində ən azı 13 afrikalı miqrant həlak olub. Daha 10 miqrant itkin düşüb, 19 nəfər isə xilas edilib.
Tapılan cəsədlər arasında dörd qadın və dörd uşaq da var.
Akif İsmayılov