Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə paytaxt Kiyevdə gəzintiyə çıxıb.
Modern.az xəbər verir ki, Zelenski bununla bağlı özünün "Facebook" səhifəsində görüntülər yayıb.
"Biz Boris Consonla növbəti görüşümüzün dinc Ukrayna səması altında baş tutması üçün hər şeyi edirik", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə gözlənilməz səfər edib.