Modern.az

Pakistanda siyasi böhran - İmran Xan vəzifədən uzaqlaşdırıldı

Pakistanda siyasi böhran - İmran Xan vəzifədən uzaqlaşdırıldı

9 Aprel 2022, 23:36

Pakistan parlamentində bu gün ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirilib.

 

Modern.az xəbər verir ki, səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb.

 

Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib.

 

Bundan öncə İmran Xan Pakistanın Baş Qərargah rəisi Qamar Caved Bajva ilə görüşüb. Orduda parlament prosesindəki gecikmə ilə bağlı tənqidlərin artdığı qeyd olunur.

 

Müzakirələrdən sonra parlamentin aşağı palatasının spikeri, İmran Xanın "Pakistan Təhrik-e-İnsaf" partiyasının üzvü Əsəd Qaysar istefa verib. 

 

Bundan başqa, hökumətin vəzifəli şəxslərinə ölkəni tərk etmək qadağan olunub. Parlamentin önünə zirehli polis maşınları və penitensiar xidmətin avtomobilləri gətirilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək