Serbiya hökuməti ölkənin silahlı qüvvələri üçün Türkiyədən “Bayraktar” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
"İki gün əvvəl Prezident Ərdoğanla söhbətimdə “Bayraktar” istədim və türk “Bayraktar”larını bu ölkədən almaq imkanı əldə edəcəyik”, - Prezident deyib.