Modern.az

Ukrayna üçün 10 milyard avro yığıldı

Ukrayna üçün 10 milyard avro yığıldı

10 Aprel 2022, 07:42

Ukrayna qaçqınları üçün təşkil olunmuş beynəlxalq donor konfransında 10,1 milyard avro məbləğində ianə və kredit razılığına nail olunub.

 

Modern.az xəbər verir ki, Varşavada "Ukrayna üçün ayağa qalx" devizi altında təşkil olunmuş kampaniyada dövlət və ictimai xadimlər videoformatda iştirak ediblər.

 

Vəsaitlərin 9,1 milyard avroluq hissəsi kampaniya çərçivəsində yığılıb, 1 milyard avro vəsaiti isə Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə təqdim edəcəyini elan edib.

 

Qeyd edək ki, beynəlxalq donor konfransı Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə çağırılıb. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək