Modern.az

TQDK: “Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilə bilər”

TQDK: “Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilə bilər”

6 Fevral 2013, 12:44

“Bəzi qurumların müraciəti əsasında magistraturaya qəbul olunmuş gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə yenidən baxıla bilər”. Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Natiq Əliyev fevralın 6-da keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, bununla bağlı TQDK tərəfindən hər hansı təklif verilməyib: “Biz bununla bağlı hansı qərarın veriləcəyini deyə bilmərik. Bu məsələ bizim səlahiyyətimizdə deyil. Hər il növbəti çağırışa kimi, yəni iyulun 1-dək magistraturaya qəbul imtahanlarını yekunlaşdırırıq ki, bu ilin məzunları imtahanda iştirak edərək magistraturaya qəbul olduqdan sonra hərbi xidmətə gedə bilsinlər”.

N.Əliyev qeyd edib ki, bakalavrlar elmi yaradıcılıqlarını davam etdirmək üçün magistraturaya imtahan verirlər. Oğlanlar hərbi xidmətə getdiyi üçün magistraturada daha çox qızlar təhsil alır.

“Görünür ki, fasilənin yaranması oğlanların yenidən elm sahəsinə qayıtmasına çətinlik yaradır və bu onların magistraturada təhsil almasına mənfi təsir göstərir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir