İtaliya Rusiya qazından asılığı azaltmaq məqsədilə Əlcəzairdən qaz idxalını artıracaq.
Modern.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Bildirilib ki, İtaliyanın Baş naziri Mario Draqi bu məqsədlə müqavilə imzalamaq üçün sabah Əlcəzairə səfərə yollanacaq. İtaliya yaxın aylarda Əlcəzairdən ucuz qaz alacağına ümid edir.