Modern.az

ATƏT-in Bakı ofisi İlqar Məmmədov və Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat verib

ATƏT-in Bakı ofisi İlqar Məmmədov və Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat verib

6 Fevral 2013, 12:58

ATƏT-in Bakı ofisi son günlər barələrində həbs-qəti imkan tədbiri seçilmiş REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat verib. Modern.az-a daxil olan bəyanatda eyni zamanda İsmayıllı olaylarına da münasibət qeyd olunur:
“ATƏT-in Bakı Ofisi yüksək səviyyəli siyasətçilərin tutulması ilə bağlı narahatlığını bildirir. Biz ümid edirik ki, davam edən istintaq və qarşıdan gələn məhkəmə ədalətli və şəffaf şəkildə keçiriləcək və bu proseslər demokratik islahatlara mənfi təsir göstərməyəcək.

ATƏT-in Bakı Ofisi inanır ki, bu yaxınlarda İsmayıllıda baş vermiş iğtişaşlara cavabın ən effektiv yolu məhz dialoq və əsaslı islahatlardır.

Ofis ATƏT öhdəliklərinin yerinə yetirilməsində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirir”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir