Daha sonra nazir bildirdi ki, hər iki ölkənin təhsil nazirləri belə bir təşəbbüslə çıxış etdilər ki, xüsusi tərkib yaradılsın. Bununla bağlı sənəd imzalanıb. Azərbaycan həmçinin orta təhsil məktəbləri ilə Polşanın orta təhsil məktəbləri arasında əməkdaşlıq məsələsi müzakirə olunub. Nazir bildirdi ki, bunun üçün əlaqələr qurulacaq.
“Azərbaycan və Polşa arasında elm və təhsil sahəsində əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır”.
Modern.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov çıxış edərkən deyib. O, bildirib ki, ötən həftə Polşa səfəri çərçivəsində bu ölkənin elm və təhsil naziri ilə görüşdə bununla bağlı qərarın qəbul olunub. Nazir polşalı həmkarını Azərbaycana səfərə dəvət etdiyini açıqlayıb. Artıq dəvət məktubu Polşa tərəfinə göndərilib. Daha sonra Misir Mərdanov Polşanın müxtəlif universitetlərində oxuyan azərbaycanlı tələbələrdən danışıb. Onun sözlərinə görə, Polşada Azərbaycandan 65 nəfər təhsil alır. Lakin onlardan heç biri dövlət hesabına təhsil almır:
“ Onlar öz hesablarına təhsil alanlardır. Polşanın iki böyük universiteti dövlət hesabına təhsil almaq üçün siyahıya daxildir və təsdiq olunub. Amma hələ ki, həmin universitetlərə tələbə göndərə bilmirik. Polşa görüşlərimizdə bu məsələ də müzakirə olundu”
Anar Kəlbiyev