Modern.az

Kadırovdan Mariupol açıqlaması

Kadırovdan Mariupol açıqlaması

10 Aprel 2022, 18:45

Çeçenistan lideri Ramzan Kadırov Mariupolun tezliklə tam şəkildə "azad ediləcəyini" bəyan edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çecenistan prezidenti bu barədə Teleqram kanalında məlumat paylaşıb.

 

Onun sözlərinə görə, bu istiqamətdə əsas tapşırıqlar yerinə yetirilib:

 

"Mariupol tam şəkildə tezliklə azad ediləcək. Prinsipcə, burada əsas vəzifələr yerinə yetirilib. Yalnız bir ovuc Bandera ardıcılları qalıb. Onların üzərində də iş gedir və bu, tamamlanacaq. Mariupolda keçirilən xüsusi əməliyyata Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov nəzarət edir. Bu isə o deməkdir ki, istənilən nəticə tam təmin oluna bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər