İsrail Ukraynaya dərman və ərzaq daşıyan 6 yük təyyarəsi yardım göndərib.
Modern.az xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski məlumat yayıb.
Humanitar yardımın ilk partiyası artıq ölkəyə gəlib.
“İsrail Ukraynaya humanitar hava körpüsünü açıb. Altı yük təyyarəsi yaxın bir neçə həftə ərzində tibbi ləvazimat və ərzaq çatdıracaq. İlk partiya artıq Ukraynaya çatdırılıb”, – Brodski "Twitter" səhifəsində yazıb .
İsrailin Baş naziri Naftali Bennet martın 27-də bildirib ki, ən yaxşı tibbi qruplar Ukraynanın qərbində qabaqcıl səhra xəstəxanası yaratmaq üçün göndərilib. Onun sözlərinə görə, israilli həkimlər artıq 500-dən çox xəstəni müalicə ediblər.
Akif İsmayılov