Modern.az

Ukraynada ölən mülki şəxslərin yeni sayı AÇIQLANDI

Ukraynada ölən mülki şəxslərin yeni sayı AÇIQLANDI

10 Aprel 2022, 20:18

Rusiyanın Ukraynada hücumunun başlamasından aprelin 9-na kimi 1793 mülki şəxs həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Qeyd olunur ki, verilən məlumatlar yalnız təsdiqlənmiş ölümlərə aiddir, ölənlərin və yaralananların faktiki sayı daha çox ola bilər.

 

Öldürülən 1793 nəfərin 458-i kişi, 294-ü qadın, 27-si qız və 46-sı oğlandır, o cümlədən cinsiyyəti hələlik məlum olmayan 69 uşaq və 899 böyük var.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək