Modern.az

Avstriya kansleri bu dəfə Moskvaya gedir

Avstriya kansleri bu dəfə Moskvaya gedir

10 Aprel 2022, 20:30

Avstriya kansleri Karl Nehammer bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Avstriya Federal Kanslerinin ofisi məlumat verib.

 

Danışıqlar barədə məlumatı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

 

Daha əvvəl Avstriyanın “Kronen Zeitung” qəzeti yazıb ki, Nehammer bu səfəri həftə sonu Kiyevdə Ukrayna rəhbəri Vladimir Zelenski ilə danışıqlardan sonra etmək niyyətindədir. Səfər Avropa İttifaqının rəhbərliyi və Almaniya kansleri Olaf Şolzla razılaşdırılıb. 

 

Nehammer şənbə günü Kiyevdə Zelenski ilə danışıqlar aparıb, Ukraynanın baş naziri Denis Şmıxal və Kiyev meri Vitali Kliçko ilə görüşüb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək