Fransada bu gün keçirilən prezident seçkilərində heç bir namizəd 50%-dən çox səs toplaya bilməyib.
Modern.az xəbər verir ki, bu barədə "exit-poll"un nəticələrində qeyd olunub.
Qanunvericiliyə əsasən, birinci turda qalib gəlmək üçün namizədlər 50%-dən çox səs toplamalıdır. Heç bir namizəd tələb olunan səs çoxluğunu qazana bilmədiyi üçün Fransa prezidenti seçkilərin ikinci turunda məlum olacaq.
İkinci turda bu gün keçirilən seçkilərdə ən çox səs toplamış ilk iki namizəd iştirak edəcək.
İlkin nəticələrə görə, hazırkı prezident Emmanuel Makron və radikal sağ qanadı təmsil edən millətçi Marin Le Pen ikinci turda yarışacaq. Bu turda ən çox səs toplamış namizəd Fransa prezidenti olacaq.
***
21:28
Yerli “exit-poll”un ilkin nəticələrinə əsasən, Fransanın hazırkı prezidenti Emmanuel Makron rəqiblərindən az fərqlə öndə gedir.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edək ki, Fransada prezident seçicilərində 12 namizəd mübarizə aparır.
***
20:46
Fransada bu gün keçirilən prezident seçkilərindən sonra ilk exit-poll nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb. Nəticələrinə əsasən, Makron və Le Pen hərəyə 24% səs qazanıb. Nəticələr aşağıdakı kimidir:
Emmanuel Makron, hazırkı prezident - 24%
Marin Le Pen - 24%
Jean-Luc Melanşon - 19%
Yerli vaxtla saat 17:00-ın məlumatına görə, seçkilərdə iştirak 65% təşkil edib.
Akif İsmayılov