Modern.az

Pakistanın yeni Baş naziri bu şəxs ola bilər

Pakistanın yeni Baş naziri bu şəxs ola bilər

10 Aprel 2022, 23:50

Pakistanın yeni Baş naziri Müsəlman Liqasının lideri Şahbaz Şərif ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Üç dəfə Baş nazir olmuş Nəvaz Şərifin kiçik qardaşı, 70 yaşlı Şahbaz parlamentdə müxalifətə rəhbərlik edir. Nəvaz Şərif rüşvət və korrupsiya işində ittiham edildiyi üçün vəzifəsindən azad olunub. 

 

İmran Xanın istefaya göndərilməsindən sonra Şahbaz Şərifin Baş nazir olacağı bildirilir. Ehtimal edilir ki, hazırda bu posta ən real namizəd məhz Şahbaz Şərifdir.

 

Pakistanın Milli Assambleyası (parlamentin aşağı palatası) şənbə günü Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. 342 deputatdan 174-ü, yəni ölkənin qanunverici orqanının aşağı palatasının əksəriyyəti bu təşəbbüsün lehinə səs verib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək