Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 07-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında yarımadanın bəzi yerlərində duman olacağı, günün ikinci yarısında isə qısamüddətli çiskinli az yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-6, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında isə fevralın 07-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda zəif sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Modern.az