Modern.az

İstanbul derbisini “Fənərbağça” qazandı 

İstanbul derbisini “Fənərbağça” qazandı 

Aktual

11 Aprel 2022, 00:04

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçirilib.

 

Modern.az xəbər verir ki, 32-ci tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"la qarşılaşıb.

 

"Ülkər" stadionunda təşkil olunan oyun "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Meydan sahiblərinin heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar. Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran "Fənərbağça" 2-ci pilləyə yüksəlib, "Qalatasaray" isə 41 xalla 14-cü pilləyə geriləyib.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu