Modern.az

İslam Kərimov Azərbaycanın səfirini qəbul edib

İslam Kərimov Azərbaycanın səfirini qəbul edib

6 Fevral 2013, 14:03

Bu gün  Özbəkistan prezidenti  İslam Kərimov Oksarayda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin etimadnaməsini qəbul edib. 
Görüş zamanı Özbəkistan-Azərbaycan arasında bütün sahələrdə yüksələn xətlə inkişaf edən əlaqələrdən danışılıb. Qeyd edilib ki, iki ölkənin höküməti tərəfindən keçirilən mütəmadi görüşlər zamanı, gündəmdə olan  beynəlxalq  əhəmiyyətli məsələlər və eləcə də ikitərəfli əlaqələrin aktual tərəfləri müzakirə olunur. 
Görüşdə eyni zamanda qeyd edilib ki, Özbəkistan prezidenti İslam Kərimovun 2012-ci ilin oktyabrında Azərbaycana rəsmi səfəri ticarət-iqtisadiyyat, nəqliyyat-kommunikasiya, mədəniyyət və humanitar sahədə əməkdaşlığın genişlənməsinə yeni impuls verib.

Diplomat Hüseyn Quliyev öz növbəsində bildirib ki, iki ölkə arasında ənənəvi əlaqələrin saxlanması və möhkəmləndirilməsi, genişlənməsi zəminində ona həvalə edilən etimadı doğruldacaq. İkitərəfli əməkdaşlığın  əlverişli inkişafı üçün hər iki ölkənin və xalqların maraqları çərçivəsində  həllini gözləyən birgə layihə və sazişlərin həyata  keçirilməsində  əlindən gələni əsirgəməyəcək.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın Özbəkistandakı diplomatik nümayəndələyinə Namiq Abbasov başçılıq edib.


Aida Eyvazova
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir