Modern.az

Natiq Əliyev: “Cənub Dəhlizi” çərçivəsində danışıqlar gedir”

Natiq Əliyev: “Cənub Dəhlizi” çərçivəsində danışıqlar gedir”

6 Fevral 2013, 14:34

“TransXəzər qaz kəmərinin çəkilməsi çox mürəkkəb bir məsələdir”. Modern.az-ın məlumatına görə, bu sözləri sənaye və energetika naziri Natiq Əliyev deyib . “1990-cı ildən Türkmənistandan Türkiyəyə qədər bu kəmərin çəkilməsi gündəmə gətirildi və bununla bağlı çoxlu işlər görüldü. İlk növbədə bunun o vaxtlar iqtisadı əsaslanması hazırlanmışdı, ancaq indi isə bu tam başqa bir mərhələdə yenidən qaldırılıb. Bu, “Cənub Dəhlizi” çərçivəsində mühüm bir layihədir, bu layihənin yenidən gündəmə Avropa İttifaqı (Aİ) tərəfindən gətirilib. Hazırda bununla bağlı Türkmənistan, Azərbaycan və Aİ arasında danışıqlar aparılır”.

Nazirin sözlərinə görə, iki sənədin layihəsi hazırlanır: “1-ci layihə siyasi bir sənəddir. Türkmənistan, Azərbaycan dövlət başçıları və Avropa Komissiyasının prezidenti Barozzo tərəfindən imzalanmalıdır, yəni bu dəhlizin reallaşması haqqında dəstəkdir və eyni zamanda TransXəzər qaz kəmərinin tikilməsinin vacibliyi bir daha qeyd olunacaq. 2-ci sənəddə isə Trans Xəzər qaz kəmərinin tikilməsi haqqında Azərbaycan, Türkmənistan hökumətlərarası sazişin hazırlanmasıdır. Bununla bağlı görüşlər keçirmişik və demək olar ki, sənədlər hazırdır. Ancaq bir-iki məsələ var ki, tərəflərə aydın deyil. Türkmənistan tərəfi bununla bağlı razılığını bildirir. Yəni onlar bildirilər ki, Türkmənistan tərəfi layihə üçün təxminən 30 milyard kubmetrə kimi təbii qaz verməyə hazırdır. Türkmənistan tərəfi bunu öz sahilində Avropa İttifaqına verməyə hazırdır. Azərbaycan Türkmənistan tərəfindən gələn təbii qaza tam təminat verməyə hazırdır, yəni Azərbaycan tərəfi yenidən bu layihədə iştirakını dəstəkləyir və bu işlərdə fəal iştirak edəcək. İlk növbədə Türkmənistan və Aİ bu layihənin reallaşmasında maraqlı olmalıdır. Daha sonra Azərbaycan da bu layihəyə dəstək verməlidir. Bu kəmərin 90-cı illərdə Türkiyəyə qədər çəkilməsi üçün 3 milyard dollar qiyməti var idi, amma indi qiymətlər qalxıb, vəziyyət dəyişib. Təkcə Xəzər dibi ilə boru xəttinin çəkilməsi 1-2 milyard dollar təşkil edə bilər”, – deyə Natiq Əliyev qeyd edib.  

 

Anar Kəlbiyev           

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir